Yuxarı

Şəkidə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb

​Şəkidə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs

Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri növbəti əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb.

Bu barədə "Report"un Şimal-qərb bürosuna Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Əməliyyat zamanı əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş şəhər sakini, 53 yaşlı Tehran Nəzərov şübhəli şəxs qismində saxlanılıb. Keçirilən tədbirlərin davamı olaraq onun yaşadığı evə də baxış keçirilib. Oradan 12 ədəd kağız bükümdə 0,297 qram narkotik vasitə hesab edilən heroin, içərisində heroin qalıqları olan 4 ədəd şpris və sellofan torbada ümumi təmiz çəkisi 380 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı saxlanılan şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi