Şəkidə narkotik vasitə əkib-becərən şəxs saxlanıldı - FOTO

Şəkidə narkotik vasitə əkib-becərən şəxs saxlanıldı - FOTO Şəki şəhər sakinindən narkotik vasitə götürülüb.
Hadisə
22 İyun , 2020 09:51
Şəkidə narkotik vasitə əkib-becərən şəxs saxlanıldı - FOTO

Şəki şəhər sakinindən narkotik vasitə götürülüb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan "Report"a verilən məlumata görə, Şəki Şəhər Rayon Polis Şöbəsinin (ŞRPŞ) əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini Alı Həsənov saxlanılıb.

A.Həsənovun yaşadığı ünvana baxış keçirilən zaman ümumi çəkisi 6 kiloqrama yaxın, hündürlükləri 90 sm-dən 238 sm-dək olan 21 ədəd narkotik tərkibli çətənə bitkiləri aşkar edilərək götürülüb.

Faktla bağlı ŞRPŞ-də araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi