Şəkidə Motofestival zamanı bədbəxt hadisə baş verib

Şəkidə Motofestival zamanı bədbəxt hadisə baş verib Baykerlərdən biri qəzaya uğrayıb
Hadisə
208
29 Avqust , 2015 01:22
Şəkidə Motofestival zamanı bədbəxt hadisə baş verib

Bakı. 29 Avqust. REPORT.AZ/ Bu gün Şəki şəhərində start götürən 4-cü Beynəlxalq Moto Festivalı zamanı bədbəxt hadisə baş verib.

"Report" xəbər verir ki, yerli və xarici baykerlərin iştirakı ilə təşkil edilən festivalda qəza baş verib.

Belə ki, baykerlərdən biri, Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Babayev Elçin Fikrət oğlu idarəetməni itirərək motosikleti yol kənarındakı maneəyə çırpıb. Qəza nəticəsində sürücü və motosikletin arxa hissəsində əyləşən sərnişin, Bakı şəhər sakini, 1992-ci il təvəllüdlü Aynurə Muradova xəsarət alıb. Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Kəllə-beyin travması alan qızın vəziyyəti ağır olduğundan, o, Reanimasiya şöbəsinə yerləşdirilib. Yüngül bədən xəsarəti alan Elçin Babayevin vəziyyəti isə qənaətbəxş qiymətləndirilir.

Hadisə Şəki Olimpiya Kompleksinə yaxın ərazidə baş verib.

Son xəbərlər

Orphus sistemi