Şəkidə mikroavtobus minik avtomobili ilə toqquşub, 6 nəfər xəsarət alıb

Şəkidə mikroavtobus minik avtomobili ilə toqquşub, 6 nəfər xəsarət alıb Şəkidə mikroavtobus minik avtomobili ilə toqquşub, 6 nəfər xəsarət alıb. "Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün günorta saatlarında şəhər ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan mikroavtobus öncə minik avtomobili ilə
Hadisə
3 Yanvar , 2023 14:54
Şəkidə mikroavtobus minik avtomobili ilə toqquşub, 6 nəfər xəsarət alıb

Şəkidə mikroavtobus minik avtomobili ilə toqquşub, 6 nəfər xəsarət alıb.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün günorta saatlarında şəhər ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Mercedes" markalı mikroavtobus öncə "Toyota Prius" markalı minik avtomobili ilə toqquşub, daha sonra yoldan çıxaraq aşıb. Nəticədə biri azyaşlı olmaqla 6 nəfər xəsarət alıb.

Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi