Şəkidə meşə ərazisində yanğın baş verib

Şəkidə meşə ərazisində yanğın baş verib Yanğın zamanı, əsasən quru kol və ot örtüyünə ziyan dəyib
Hadisə
23 Avqust , 2017 21:34
Şəkidə meşə ərazisində yanğın baş verib

Bakı. 23 avqust. REPORT.AZ/ Şəki Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Küncüt meşəbəyliyinin 2 saylı meşə dolayının tinklik ərazisində yağın hadisəsi baş verib.

Bu barədə "Report"a Ekalogiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətinin rəhbəri İradə İbrahimova məlumat verib.

Onun sözlərinə görə, bələdiyyə torpaqlarında başlayan yanğın sonradan güclü külək nəticəsində meşə ərazisinə keçib. Yanğının söndürülməsi üçün əraziyə dərhal ETSN və Fövqəladə Hallar Nazirliyinin yerli qurumlarının əməkdaşları cəlb olunub.

Yanğın zamanı, əsasən quru kol və ot örtüyünə ziyan dəyib. Hazırda yanğının söndürülməsi istiqamətində operativ tədbirlər davam etdirilir.

Son xəbərlər

Orphus sistemi