Şəkidə mağazadan oğurluq edən şəxslər saxlanılıb

Şəkidə mağazadan oğurluq edən şəxslər saxlanılıb Şəkidə mağazadan oğurluq edən şəxslər saxlanılıb.
Hadisə
7 May , 2019 12:05
Şəkidə mağazadan oğurluq edən şəxslər saxlanılıb

Şəkidə mağazadan oğurluq edən şəxslər saxlanılıb.

Bu barədə "Report"un Şimal-qərb bürosuna DİN-nin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Məlumatda bildirilib ki, mayın 4-də Şəki Şəhər Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən şəhər sakini Ə.Əhmədov ona məxsus mağazadan naməlum şəxs və ya şəxslər tərəfindən müxtəlif növ siqaretlərin, pul və digər əşyaların oğurlanması barədə məlumat verib.

Daxil olmuş müraciət əsasında polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirlərinə başlanılıb. 

Şəki ŞRPŞ-nin Cinayət Axtarış və İstintaq bölməsinin əməkdaşları tərəfindən keçirilən birgə tədbirlər nəticəsində oğurluq edən şəxslərin Bakı şəhər sakinləri Ağakərim İbrahimov, Fuad Dadaşov və bir yeniyətmə olduğu müəyyən olunub. Onlar şübhəli şəxs qismində saxlanılaraq polis şöbəsinə gətiriliblər.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq davam etdirilir.

Son xəbərlər

Orphus sistemi