Şəkidə işdən çıxıb evə gedən qadını mikroavtobus vurub

Şəkidə işdən çıxıb evə gedən qadını mikroavtobus vurub Şəki. 28 noyabr. REPORT.AZ/ Bu gün səhər saatlarında Şəki şəhəri ərazisində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
28 Noyabr , 2018 08:40
Şəkidə işdən çıxıb evə gedən qadını mikroavtobus vurub

Şəki. 28 noyabr. REPORT.AZ/ Bu gün səhər saatlarında Şəki şəhəri ərazisində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Şəki-Zaqatala bürosunun məlumatına görə, şəhərdə fəaliyyət göstərən çörək sexlərindən birində işləyən, rayonun 1980-cı il təvəllüdlü Aşağı Küncüt kənd sakini Səxavət Seyid qızı Məmmədli işdən çıxıb evə gedərkən “Mercedes” markalı sərnişin mikroavtobusu tərəfindən vurulub.

Qəzadan sonra S.Məmmədli ağır vəziyyətdə Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Xəstəxanadan “Report”a bildirilib ki, qadına ağır qapalı kəllə-beyin travması dioqnozu qoyulub, müalicəsi xəstəxananın Reanimasiya şöbəsində aparılır.

Faktla bağlı araşdırma aparılır.

Bundan əvvəl Astarada mikroavtobus sərxoş piyadanı vuraraq öldürüb.

Son xəbərlər

Orphus sistemi