Şəkidə iki minik maşını traktorla toqquşub, 2 nəfər yaralanıb

Şəkidə iki minik maşını traktorla toqquşub, 2 nəfər yaralanıb Hadisə Şəkinin İnçə kəndi ərazisində baş verib
Hadisə
16 İyul , 2017 01:53
Şəkidə iki minik maşını traktorla toqquşub, 2 nəfər yaralanıb
Report.az

Şəki. 16 iyul. REPORT.AZ/ Şəki şəhərində 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə axşam saatlarında Şəki - Qax yolunun Şəkinin İnçə kəndi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, iki "Mercedes" markalı avtomobil və bir traktorun toqquşması nəticəsində minik avtomobillərində olan iki nəfər - Şəkinin Aşağı Şabalıd kənd sakini, 1978-ci il təvəllüdlü Rahim İbrahim oğlu İsayev və Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü Ceyhun Arif oğlu Əsədov aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.

Xəstəxanadan verilən məlumata görə, Ceyhun Əsədovun xəsarətləri yüngül olduğundan ona ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb. Xəstəxananın Cərrahiyə şöbəsinə yerləşdirilən Rahim İsayevin vəziyyəti isə orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi