Şəkidə həmkəndlisini bıçaqlayan şəxs yaxalanıb

Şəkidə həmkəndlisini bıçaqlayan şəxs yaxalanıb O, şəxsi münasibətlər zəminində həmkəndlisinə xəsarət yetirdiyini etiraf edib
Hadisə
17 Dekabr , 2017 11:00
Şəkidə həmkəndlisini bıçaqlayan şəxs yaxalanıb

Şəki. 17 dekabr. REPORT.AZ/ Şəkidə həmkəndlisini bıçaqlayan şəxs yaxalanıb.

Bu barədə "Report"un Şimal-qərb bürosuna DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Dekabrın 16-da Şəki Mərkəzi Rayon Xəstəxanasından yerli sakin Eşqin Nəbiyevin kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya daxil olması barədə Şəhər-Rayon Polis şöbəsinə (ŞRPŞ) məlumat daxil olub.

ŞRPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törədən şəxs müəyyən olunaraq şübhəli şəxs qismində saxlanılıb. Keçirilən tədbirlərlə həmin şəxsin rayonun Böyük Dəhnə kənd sakini 1971-ci il təvəllüdlü Vaqif Şükürov olduğu müəyyən edilib. O, şəxsi münasibətlər zəminində həmkəndlisi E.Nəbiyevə xəsarət yetirdiyini etiraf edib.

Faktla bağlı Şəki ŞRPŞ-nin istintaq bölməsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi