Şəkidə həbsdə olan şəxs ölüb
Hadisə
- 04 noyabr, 2022
- 05:15
Şəkidə həbsdə olan şəxs vəfat edib.
"Report"un əldə etdiyi məlumata görə, Şəki Penitensiar Müəssisəsinin Ümumi Ağır rejimli korpusunda saxlanılan Balakən rayon sakini, 1976-cı il təvəllüdlü Qardaşov Rəşad Rafiq oğlu noyabrın 3-də səhhətinin pisləşməsi ilə əlaqədar müəssisənin Tibb Hissəsinə müraciət edib.
Daha sonra o, həkim otağında olarkən qəflətən vəfat edib.
Kamera yoldaşlarının sözlərinə görə, mərhum son vaxtlar ürək nahiyəsində olan ağrılardan şikayət edirmiş.
Faktla bağlı Şəki Rayon Prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, R.Qardaşov 2020-ci ilin mayın 6-dan həbsdə olub. O, qanunsuz olaraq külli miqdarda narkotik saxlamada təqsirli bilinərək Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə azadlıqdan məhrum edilmişdi.
Son xəbərlər
06:18
Barrak: ABŞ İsrail, Suriya və Türkiyə arasında münaqişələrin qarşısını almaq mexanizmi hazırlayır
Digər ölkələr05:57
"TikTok" pul köçürmə sistemini istifadəyə verə bilər
İKT05:31
İran BƏƏ-nin ərazisinə raket atması ilə bağlı ittihamlarını rədd edib
Region05:04
Vaşinqton müttəfiqlərə silah satışı qaydalarını sadələşdirmək niyyətindədir
Digər ölkələr04:53
Suriyada qaz kəmərində partlayış səbəbindən elektrik stansiyaları təchizatsız qalıb
Digər ölkələr04:22
Çində güclü zəlzələ olub
Digər ölkələr03:45
ÜST: Konqoda Ebola virusuna yoluxanların sayı 5 min nəfəri keçib
Digər ölkələr03:16
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinin iki nümayəndəsinə sanksiya tətbiq edib
Digər ölkələr02:58