Şəkidə dörd gün öncə yıxılan kişi xəstəxanada ölüb

Şəkidə dörd gün öncə yıxılan kişi xəstəxanada ölüb Şəki. 9 oktyabr. REPORT.AZ/ Şəkidə sərxoş vəziyyətdə yıxılaraq xəsarət alan 68 yaşlı kişi ölüb.
Hadisə
9 Oktyabr , 2018 09:42
Şəkidə dörd gün öncə yıxılan kişi xəstəxanada ölüb
0 : 00
0 : 00

Şəki. 9 oktyabr. REPORT.AZ/ Şəkidə sərxoş vəziyyətdə yıxılaraq xəsarət alan 68 yaşlı kişi ölüb.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, Şəki sakini 1950-ci il təvəllüdlü Çingiz Bəlyar oğlu Salamov oktyabrın 5-də yaralı vəziyyətdə Şəki Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Müayinə zamanı məlum olub ki, yaşlı kişi sərxoş vəziyyətdə insult keçirərək yıxılıb.

İlkin tibbi yardım göstərildikdən sonra, o, xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Oktyabrın 8-də gecə saatlarında isə vəziyyəti ağırlaşıb və dünyasını dəyişib.

Onun meyiti Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Şəki rayon şöbəsinə göndərilib.

Qeyd edək ki, 68 yaşlı Ç.Salamov tək yaşayıb və tüfeyli həyat tərzi sürüb.

Son xəbərlər

Orphus sistemi