Şəkidə dolu bir sıra fəsadlar törədib

Şəkidə dolu bir sıra fəsadlar törədib Şəkinin bir neçə kəndinə yağan dolu təsərrüfatlara ziyan vurub.
Hadisə
30 Aprel , 2023 19:57
Şəkidə dolu bir sıra fəsadlar törədib

Şəkinin bir neçə kəndinə yağan dolu təsərrüfatlara ziyan vurub.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, axşam saatlarından başlayaraq rayonun Böyük Dəhnə, Kiçik Dəhnə, Şorsu və Aşağı Layısqı kəndlərinə dolu düşüb.

Yağıntı nəticəsində bəzi təsərrüfatlara və meyvə ağaclarına ziyan dəyib. Güclü külək nəticəsində adıçəkilən kəndlərə elektrik enerjisinin verilməsində fasilə yaranıb, bir neçə saat sonra elektrik enerjisinin verilməsi bərpa edilib.

Son xəbərlər

Orphus sistemi