Yuxarı

Şəkidə dağ çayına gələn sel körpünü uçurub - FOTO

Turistlər ərazidən təxliyə olunub

Şəki. 3 iyul. REPORT.AZ/ Ötən gün axşam saatlarında Kiş çayına sel ilə gələn 6-7 metr hündürlüyündə lil qatı eyniadlı kənd ilə Şəki şəhərini birləşdirən körpünü yararsız hala salıb, kəndlə şəhər arasında əlaqə kəsilib.

Bu barədə "Report"a Şəki Regional Hidrometeorologiya Müəssisəsinin Hidrometeorologiya şöbəsinin müdiri Qüdrət Eminov məlumat verib.

Sel nəticəsində elektrik təchizatına da ziyan dəyib və çayın sahilində yerləşən istirahət mərkəzlərinin, yaşayış məntəqələrinin elektrik enerjisi kəsilib. Dərhal hadisə yerinə Şəki RİH-i nümayəndələri, hüquq-mühafizə orqanları əməkdaşları və FHN-in şəxsi heyəti cəlb olunub.Yaxınlıqda olan istirahət mərkəzlərində qalan qonaqlar həmin ərazidən çıxarılıb. Təqribən gecə saat 00:15 radələrində lil qatı suya çevrilib və Kiş çayında suyun səviyyəsi 4-5 metrə enib. Hazırda selin daha hansı ərazilərdə fəsadlar yaratdığı araşdırılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi