Avtoxuliqanlıq edərək videoçəkiliş aparan 6 nəfər tutulub - FOTO

Avtoxuliqanlıq edərək videoçəkiliş aparan 6 nəfər tutulub - FOTO ​Faktla bağlı araşdırmalara başlanılıb
Hadisə
29 Fevral , 2016 13:40
Avtoxuliqanlıq edərək videoçəkiliş aparan 6 nəfər tutulub - FOTO

Bakı. 29 fevral. REPORT.AZ/ Şəki rayonunda avtoxuliqanlıq edən 6 nəfər sürücü saxlanılıb. "Report" xəbər verir ki, Şəki Şəhər Rayon Polis Şöbəsinin (ŞRPŞ) Dövlət Yol Polisi Bölməsinin (DYPB) əməkdaşlarının keçirdiyi reyd zamanı avtomobillərin sürətlə idarə edilməsi, qəza şəraiti və digər sürücü və piyadaların həyatına təhlükə yaradan faktlar aşkar edilib.
Şəki ŞRPŞ-dən "Report"a verilən məlumata görə, Şəki sakinləri Bəxtiyar Səfərli, Tərlan Quliyev, Mövlan Mövlamov, Sabir Həmidli və Toğrul Məmmədli saxlanılaraq polis şöbəsinə gətirilib: "Məlum olub ki, onlar şəhərin Səməd Ziya küçəsində bir yerə toplaşaraq abtomobillərlə təhlükəli manevrlər ediblər. Onlar etdiyi hərəkətləri videokameraya da çəkiblər. Lakin yol polislərinin  gəldiyini görüb, videogörüntələri pozub və qaçmağa çalışıblar. Onlardan bir nəfəri qaçmağa müvəffəq olub və hazırda həmin şəxsin axtarışları davam etdirilir. Saxlanılıan şəxslər çəkdikləri kadrları sosial şəbəkələrdə paylaşmaq niyyətində olublar".

Faktla bağlı araşdırmalara başlanılıb. Avtoxuliqanlıq edən şəxslərin məsuliyyətə cəlb edilməsi istiqamətində istintaq tədbirləri davam etdirilir.

Son xəbərlər

Orphus sistemi