Şəkidə avtomobillər toqquşub, xəsarət alan var

Şəkidə avtomobillər toqquşub, xəsarət alan var Şəki rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib. "Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun rayonun Kiçik Dəhnə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, Kiçik Dəhn
Hadisə
24 İyun , 2021 17:00
Şəkidə avtomobillər toqquşub, xəsarət alan var

Şəki rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun rayonun Kiçik Dəhnə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Kiçik Dəhnə kənd sakini, 1998-ci il təvəllüdlü Nuralı Yusifovun idarə etdiyi "VAZ-21074" markalı avtomobillə Böyük Dəhnə kənd sakini, 1948-ci il təvəllüdlü Duman Hüseynovun idarə etdiyi "VAZ-21074" markalı avtomobil toqquşub.

Nəticədə avtomobillərdən birində olan sərnişin - 1991-ci il təvəllüdlü Mukayo Süleymanova müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi