Şəkidə minik və yük avtomobilləri toqquşdu, xəsarət alanlar var

Şəkidə minik və yük avtomobilləri toqquşdu, xəsarət alanlar var Şəki rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
27 İyun , 2021 22:48
Şəkidə minik və yük avtomobilləri toqquşdu, xəsarət alanlar var

Şəki rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə Yevlax-Zaqatala-Gürcüstan sərhəd yolunun rayonun Böyük Dəhnə kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "VAZ-2106" markalı avtomobil "Qazel" markalı yük avtomobili ilə toqquşub. Qəza zamanı "Qazel"də olan 3 nəfər - sürücü və 2 qadın xəsarət alıb. Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi