Şəkidə avtomobilin vurub öldürdüyü azyaşlının kimliyi məlum olub - YENİLƏNİB

Şəkidə avtomobilin vurub öldürdüyü azyaşlının kimliyi məlum olub - YENİLƏNİB Şəki. 20 noyabr. REPORT.AZ / Şəkidə minik avtomobilinin vurub öldürdüyü azyaşlının şəxsiyyəti məlum olub.
Hadisə
20 Noyabr , 2018 23:14
Şəkidə avtomobilin vurub öldürdüyü azyaşlının kimliyi məlum olub - YENİLƏNİB

Şəki. 20 noyabr. REPORT.AZ / Şəkidə minik avtomobilinin vurub öldürdüyü azyaşlının şəxsiyyəti məlum olub.

“Report”un Şəki-Zaqatala bürosunun məlumatına görə, Vərəzət kənd sakini, 2014-cü il təvəllüdlü Mehrab İlham oğlu Qasımov babası ilə gedərkən qəfildən yolun hərəkət zolağına çıxıb. Bu zaman yolda "VAZ-2106" markalı avtomobillə hərəkətdə olan Baş Zəyzid kənd sakini Asiman Sədirov azyaşlını vurub. M.Qasımov aldığı ağır xəsarətlərdən xəstəxanaya aparılarkən yolda ölüb. 


***20:04

Şəki rayonunda 4 yaşlı uşağı maşın vuraraq öldürüb.

“Report”un Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında rayonun Vərəzət kəndi ərazisində baş verib.

Belə ki, “VAZ-2106” markalı minik avtomobili yolu keçmək istəyən uşağı vurub. Yaralı Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda ölüb. Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində sürücünün və uşağın şəxsiyyətini dəqiqləşdirir.

Faktla bağlı Şəki şəhər rayon Polis Şöbəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi