Şəkidə yol qəzasında öləninin şəxsiyyəti məlum olub - YENİLƏNİB

Şəkidə yol qəzasında öləninin şəxsiyyəti məlum olub - YENİLƏNİB Şəki şəhərində ölümlə nəticələnən yol qəzası baş verib.
Hadisə
20 Noyabr , 2021 12:15
Şəkidə yol qəzasında öləninin şəxsiyyəti məlum olub - YENİLƏNİB

Şəkidə baş verən yol-nəqliyyat hadisəsi zamanı ölən piyadanın şəxsiyyəti məlum olub.

"Report"un yerli bürosu xəbər verir ki, bu Şəki şəhər sakini, 1948 ci il təvəllüdlü Rasif Abdullayevdir. Onun meyit adiyyəti üzrə təhvil verilib.

Hadisənin dəqiq səbəbləri isə aparılan avtotexniki ekspertizanın rəyindən sonra məlum olacaq.

10:52

Şəki şəhərində ölümlə nəticələnən yol qəzası baş verib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında şəhərin Salman Mümtaz küçəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "VAZ-2106" markalı avtomobil yolu keçmək istəyən piyadanı vurub. Nəticədə hələlik şəxsiyyəti məlum olmayan yaşlı kişi hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi