Şəkidə yol qəzasında xəsarət alanların şəxsiyyətləri məlum olub

Hadisə
  • 11 dekabr, 2021
  • 20:05
Şəkidə yol qəzasında xəsarət alanların şəxsiyyətləri məlum olub

Şəki rayonunda baş verən yol qəzasında xəsarət alanların şəxsiyyətləri məlum olub.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, 55-CC-104 dövlət qeydiyyat nişanlı "Peugeot" markalı avtomobilin yoldan çıxaraq divara çırpılması nəticəsində sürücü, 1997-ci il təvəllüdlü İntiqam Əliyev və sərnişin, 2002-ci il təvəllüdlü Fariz Cəbrayılov xəsarət alıblar.

Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiliblər. Onların hər ikisinin vəziyyətləri ağırdır.

Qeyd edək ki, hadisə Qumux kəndində qeydə alınıb.

Fakt araşdırılır.

11.12.2021. 20:57

Şəki rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə Qumux kəndində qeydə alınıb.

Belə ki, hərəkətdə olan 55-CC-104 dövlət qeydiyyat nişanlı "Peugeot" markalı avtomobil yoldan çıxaraq divara çırpılıb. Nəticədə sürücü və avtomobildə olan bir nəfər sərnişin müxtəlif xəsarətləri alıblar.

Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiliblər.

Fakt araşdırılır.