Şəkidə avtomobil aşıb, yaralılar var

Şəkidə avtomobil aşıb, yaralılar var Şəki. 26 sentyabr. REPORT.AZ/ Şəki rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
26 Sentyabr , 2018 14:48
Şəkidə avtomobil aşıb, yaralılar var
Report
0 : 00
0 : 00

Şəki. 26 sentyabr. REPORT.AZ/ Şəki rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə bu gün günorta saatlarında Şəki-Qax avtomobil yolunun Şəki rayonu, Baş Küngüt kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Qəbələ rayonunun Nic kənd sakini, Vitali Qubaşali idar etdiyi “Priora” markalı, 99-FA-991 dövlət nömrə nişanlı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və maşını yolun kənarına aşırıb. Qəzadan sonra sürücü V.Qubaşali və avtomobildə olan sərnişin, həmkəndlisi  Yerma Albertoviç Vezikoy aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıblar. 

Faktla bağlı araşdırma aparılır.

 

Son xəbərlər

Orphus sistemi