Şəkidə yol qəzasında xəsarət alanların kimliyi məlum olub
- 23 noyabr, 2021
- 15:21
Şəkidə baş verən yol qəzasında xəsarət alanların şəxsiyyəti məlum olub.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, xəsarət alanlar - sürücü, 1993-cü il təvəllüdlü Nizami Abdulsalamov, onun həyat yoldaşı, 1997-ci il təvəllüdlü Roza Abdulsalamova və sürücünün azyaşlı qardaşı oğlu 2016-cı il təvəllüdlü Ümid Abdulsalamovdur.
Faktla bağlı araşdırma aparılır.
16:52
Şəki rayonunda yol-nəqliyyat hadisəsi olub.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə Oğuz-Şəki avtomobil yolunun rayonun Oraban kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarına aşıb. Nəticədə avtomobilin sürücüsü və sərnişini xəsarət alıb.
Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.