Şəkidə avtomobil aşıb, xəsarət alanlar var - VİDEO

Şəkidə avtomobil aşıb, xəsarət alanlar var - VİDEO Şəki rayonunda yol qəzası baş verib.
Hadisə
18 İyun , 2021 16:31
Şəkidə avtomobil aşıb, xəsarət alanlar var - VİDEO
0 : 00
0 : 00

Şəki rayonunda yol qəzası baş verib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün günorta saatlarında rayonun Qayabaşı kəndi ərazisində qeydə alınıb.

Belə ki, Yevlax şəhər sakini Təbriz Aydın oğlu Yusifovun idarə etdiyi "VAZ-2106" markalı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxaraq aşıb. Maşın aşan zaman sərnişin - Qəbələ rayon sakini, 1973-cü il təvəllüdlü Bayram Aşırəliyev özünü yerə atmaq istəyərkən ağır xəsarət alıb. Avtomobildə olan digər sərnişin də müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar Oğuz Rayonu Mərkəzi Xəstəxanasına çatdırılıb, onların vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi