Şəkidə yanıq xəsarətləri alan 57 yaşlı kişi xəstəxanada ölüb – YENİLƏNİB

Şəkidə yanıq xəsarətləri alan 57 yaşlı kişi xəstəxanada ölüb – YENİLƏNİB Şəkidə 57 yaşlı kişi yanıq xəsarətləri alıb.
Hadisə
15 İyul , 2024 16:36
Şəkidə yanıq xəsarətləri alan 57 yaşlı kişi xəstəxanada ölüb – YENİLƏNİB

Şəki rayonunda ötən gün ağır yanıq xəsarətləri alan şəxs xəstəxanada ölüb.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, ötən gün Şəki rayon Baş Kəldək kənd sakini, 1967-ci il təvəllüdlü Mais Qinyət oğlu Nəbiyev yaşadığı evdə yatdığı zaman çarpayının alışması nəticəsində ağır yanıq xəsarətləri almışdı.

M.Nəbiyev iyulun 15-də müalicə aldığı Şəki rayon Mərkəzi Xəstəxanasında ölüb.

22:52

Şəkidə 57 yaşlı kişi yanıq xəsarətləri alıb.

“Report”un Şimal-qərb bürosunun məlumatına görə, Şəki rayon Baş Kəldək kənd sakini 1967-ci il təvəllüdlü Mais Qinyət oğlu Nəbiyev ağır dərəcəli yanıq xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Reanimasiya şöbəsinə yerləşdirilən kişinin müalicəsi xəstəxanada davam etdirilir.

M. Nəbiyevin hansı şəraitdə yanıq xəsarətləri aldığı hələlik məlum deyil.

Son xəbərlər

Orphus sistemi