Şəkidə 66 yaşlı kişi pilləkəndən yıxılaraq ölüb

Şəkidə 66 yaşlı kişi pilləkəndən yıxılaraq ölüb Şəki. 5 fevral. REPORT.AZ/ Şəki rayonunda 66 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.
Hadisə
5 Fevral , 2019 15:22
Şəkidə 66 yaşlı kişi pilləkəndən yıxılaraq ölüb

Şəki. 5 fevral. REPORT.AZ/ Şəki rayonunda 66 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb. 

“Report”un Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə bu gün günorta saatlarında Şəki şəhəri, Sabit Rəhman küçəsində yerləşən fərdi yaşayış evlərinin birində qeydə alınıb. 

Belə ki, 1953-cü il təvəllüdlü Rafiq Məmməd oğlu Mustafayev yaşadığı evin pilləkənindən yıxılaraq aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. Meyit müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şəki rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi