Şəkidə 63 yaşlı kişini ilan sancıb

Şəkidə 63 yaşlı kişini ilan sancıb O,vəziyyəti ağır olduğundan Bakıya göndərilib
Hadisə
8 Avqust , 2018 13:52
Şəkidə 63 yaşlı kişini ilan sancıb

Şəki. 8 avqust. REPORT.AZ/ Şəki rayonunda 63 yaşlı kişini ilan sancıb.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, rayonun Cuma kənd sakini, 1955-ci il təvəllüdlü Məhəmməd Adışirin oğlu Loğmanov axşam saatlarında özünə məxsus sahədə işləyərkən, qəflətən ilan onun sol baldır nahiyyəsindən sancıb.

Dərhal Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılan M.Loğmanova ilkin tibbi yardım göstərilib, ayağında kəskin şişkinlik müşahidə edildiyindən Bakıya, Kliniki Tibbi Mərkəzin Toksikologiya Mərkəzinə göndərilib. 

Son xəbərlər

Orphus sistemi