Şəkidə 61 yaşlı qadın dəm qazından zəhərlənərək ölüb

Hadisə
  • 27 fevral, 2023
  • 15:11
Şəkidə 61 yaşlı qadın dəm qazından zəhərlənərək ölüb

Şəkidə 61 yaşlı qadın dəm qazından zəhərlənərək ölüb.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə şəhər ərazisində mənzillərdən birində qeydə alınıb.

Belə ki, 1962-ci il təvəllüdlü Xatın Nəsrulla qızı İsaqova yaşadığı evin vanna otağında dəm qazından boğularaq ölüb.

Faktla bağlı araşdırma aparılır.

44 filmi