Şəkidə 55 yaşlı kişi itkin düşüb

Şəkidə 55 yaşlı kişi itkin düşüb Şəki şəhər sakini, 1966-ci il təvəllüdlü Salamov Tofiq Səmail oğlu avqustun 30-u səhər saatlarında yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.
Hadisə
23 Sentyabr , 2021 12:36
Şəkidə 55 yaşlı kişi itkin düşüb

Şəkidə 55 yaşlı kişi itkin düşüb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Qeyd edilib ki, Şəki şəhər sakini, 1966-cı il təvəllüdlü Salamov Tofiq Səmail oğlu avqustun 30-u səhər saatlarında yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb: "Tofiq Salamovun əlamətləri - boyu 164 sm, gözlərinin rəngi qəhvəyi, saçları ağ və qaradır. Evdən çıxarkən üzərində göy rəngli şalvar və gödəkçə olub.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və ya barəsində məlumatı olanlardan DİN-in “102” Zəng Mərkəzi Xidmətinə, həmçinin Şəki Şəhər Rayon Polis Şöbəsinin (024)244-25-50 şəhər və 055-628-00-84 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur", - mətbuat xidmətindən bildirilib.

Salamov Tofiq
Salamov Tofiq

Son xəbərlər

Orphus sistemi