Şəkidə 52 yaşlı kişi qardaşı tərəfindən döyülüb

Şəkidə 52 yaşlı kişi qardaşı tərəfindən döyülüb Hüseyn Zamanova kəllə-beyn travması, sol təpə və alın nahiyəsinin kəsilmiş-çapılmış xəsarəti dioqnozu qoyulub
Hadisə
19 May , 2017 23:08
Şəkidə 52 yaşlı kişi qardaşı tərəfindən döyülüb
Courtesy İmage

Şəki. 19 may. REPORT.AZ/ Şəkidə qardaş qardaşı döyüb.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə axşam saatlarında, rayonun Aşağı Göynük kəndində baş verib.

Kənd sakini, 52 yaşlı Hüseyn Zamanovla hələ ki adı açıqlanmayan qardaşı arasında naməlum səbəbdən mübahisə düşüb. Mübahisə zamanı Hüseyn Zamanova qardaşı tərəfindən müxtəlif dərəcəli bədən xəsarətləri yetirilib.

H.Zamanov Şəki Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Ona açıq kəllə-beyn travması, sol təpə və alın nahiyəsinin kəsilmiş-çapılmış xəsarəti dioqnozu qoyulub.

Həkimlər yaralının vəziyyətini ağır qiymətləndirir.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə ilə bağlı araşdırmaya başlayıblar.

Son xəbərlər

Orphus sistemi