​Şəkidə 44 yaşlı qadını ilan sancıb

​Şəkidə 44 yaşlı qadını ilan sancıb Xəstənin vəziyyəti orta ağırdır
Hadisə
4 İyul , 2015 00:04
​Şəkidə 44 yaşlı qadını ilan sancıb

Bakı. 4 İyul. REPORT.AZ/ Bu gün Şəkidə daha bir ilansancma hadisəsi baş verib.

"Report" xəbər verir ki, Şəki rayon Cunud kənd sakini 44 yaşlı Əmrahova Fazilə Cavid qızı həyətyanı sahədə təsərrüfat işləri ilə məşğul olarkən ilan onun sağ əlinin şəhadət barmağından sancıb.

Zərərçəkən dərhal Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və Reanimasiya şöbəsinə yerləşdirilib. Ona ilkin tibbi yardım göstərilib. Hazırda xəstənin vəziyyəti orta ağırdır.

Son xəbərlər

Orphus sistemi