Yuxarı

​Şəkidə 43 yaşlı qadın borca görə intihara cəhd edib

Hazırda bir uşaq anasının vəziyyəti stabildir

Bakı. 4 noyabr. REPORT.AZ/ Şəkidə intihara cəhd hadisəsi baş verib.

"Report" xəbər verir ki, Şəki şəhəri F.X.Xoyski küçəsi, ev 7 ünvanında yaşayan 43 yaşlı Aytən Mahmudova intihar etmək məqsədilə bir neçə müxtəlif adda dərman həbi qəbul edib.

Zəhərlənmə əlamətləri ilə xəstəxanaya daxil olan bir uşaq anası, Reanimasiya şöbəsinə yerləşdirilib. Ona lazımi tibbi yardım göstərildikdən sonra vəziyyəti stabilləşib.

Rayon hüquq-mühafizə orqanlarından verilən məlumatda qadının xeyli miqdarda borcu olduğu üçün intihara cəhd etmək istədiyi və hadisə ilə bağlı araşdırma aparıldığı bildirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi