Şəkidə 4 yaşlı qızın ölümünə səbəb olan sürücünün məhkəməsi başlayır

Şəkidə 4 yaşlı qızın ölümünə səbəb olan sürücünün məhkəməsi başlayır Şəkidə azayaşlının ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törədən mikroavtobus sürücüsü Qafil Məcidovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Hadisə
4438
21 Dekabr , 2020 18:29
Şəkidə 4 yaşlı qızın ölümünə səbəb olan sürücünün məhkəməsi başlayır

Şəki rayonunda azayaşlının ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törədən mikroavtobus sürücüsü Qafil Məcidovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

“Report” xəbər verir ki, Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilən iş hakim Rəşid Hüseynovun icraatındadır.

Qeyd edək ki, hadisə bu ilin avqust ayında Şəki şəhər, Əbdürrəhim bəy Haqverdiyev küçəsində baş verib.

Q.Məcidovun idarə etdiyi 17 saylı mikroavtobus 4 yaşlı S.Alxasovanı vurub. Azyaşlı dərhal Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onu həyatını xilas etmək mümkün olmayıb.

Q.Məcidova Cinayət Məcəlləsinin 263-1.3-cü (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham verilib.

Son xəbərlər

Orphus sistemi