Şəkidə 28 yaşlı qadın bıçaq xəsarəti alıb

Şəkidə 28 yaşlı qadın bıçaq xəsarəti alıb Şəki. 7 dekabr. REPORT.AZ/ Şəkidə 28 yaşlı qadın ehtiyatsızlıq nəticəsində xəsarət alıb.
Hadisə
7 Dekabr , 2018 08:10
Şəkidə 28 yaşlı qadın bıçaq xəsarəti alıb

Şəki. 7 dekabr. REPORT.AZ/ Şəkidə 28 yaşlı qadın ehtiyatsızlıq nəticəsində xəsarət alıb.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, gecə saatlarında Şəki rayon Mərkəzi Xəstəxanasına bıçaq yarası ilə Şəki şəhər Calğalıbulaq küçə sakini 1990-cı il təvəllüdlü Tehranə Tehran qızı Süleymanova daxil olub. Müayinə zamanı xəstəyə qarın boşluğunun sağ aşağı pay hissəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

Xəstəxanadan "Report"a bildirilib ki, 28 yaşlı T.Süleymanova ehtiyatsızlıqdan xəsarət aldığını bildirib. T.Süleymanova qeyd edib ki, evdə övladı yıxılan zaman onu tutmaq istəyib və bu zaman əlindəki bıçaq qadının qarın nahiyəsinə batıb.

Son xəbərlər

Orphus sistemi