Şəki şəhərində 29 yaşlı gənc bıçaqlanıb.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə şəhərin A.Əhmədov küçəsində qeydə alınıb.
Belə ki, həmin küçədə yaşayan Turan Vidadi oğlu Əzizli mübahisə zəminində 24 yaşlı Rəhman Salmanov tərəfindən bıçaqlanıb.
Yaralı Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Müayinə zamanı yaralıya döş qəfəsinin bıçaq yarası diaqnozu qoyulub.
İlkin tibbi yardımdan sonra xəstə ambulator müalicə almaq şərtilə evə buraxılıb.
Faktla bağlı araşdırma aparılır.