Şəkidə 200 ədəd çətənə kolu məhv edilib - FOTO

Şəkidə 200 ədəd çətənə kolu məhv edilib - FOTO Şəki şəhərində 200 ədəd çətənə kolu məhv edilib.
Hadisə
30 May , 2019 10:12
Şəkidə 200 ədəd çətənə kolu məhv edilib - FOTO

Şəki şəhərində 200 ədəd çətənə kolu məhv edilib.

"Report"un Şimal-qərb xəbər verir ki, “Xaş–xaş 2019” əməliyyat-axtarış və profilaktiki tədbirlər planına uyğun olaraq, Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yabanı halda bitmiş narkotik tərkibli bitkilərin aşkar olunaraq məhv edilməsi istiqamətində növbəti əməliyyat tədbiri keçirilib.

DİN Mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, rayonun Öyrət kəndi ərazisində vətəndaşa məxsus 5 hektar sahənin müxtəlif yerlərində 200 ədəd yabanı halda bitmiş çətənə kolları aşkar edilib. Həmin narkotik bitkilər yandırılaraq məhv edilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi