Şəkidə 20 yaşlı gənci ilan sancıb

Şəkidə 20 yaşlı gənci ilan sancıb Hazırda Faiq Pirməmmədovun müalicəsi xəstəxananın reanimasiya şöbəsində davam etdirilir
Hadisə
23 May , 2016 18:46
Şəkidə 20 yaşlı gənci ilan sancıb

Şəki. 23 may. REPORT.AZ / Bu gün günorta saatlarında Şəki rayonunda ilansancma hadisəsi baş verib. "Report"un Şəki-Zaqatala bürosunun məlumatına görə, Şəki rayonu Böyük Dəhnə kənd sakini, 1996-cı il təvəllüdlü Faiq Pirməmmədov ot biçən zaman ayağında ağrı hiss edib. Daha sonra otların arasında gördüyü ilanın onu sancdığını bilib.

20 yaşlı gənc dərhal valideynlərinə xəbər verib və onu Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) çatdırıblar. Xəstəyə ilkin tibbi yardım göstərilib və zəhərə qarşı zərdab vurulub. Hazırda Faiq Pirməmmədovun müalicəsi xəstəxananın reanimasiya şöbəsində davam etdirilir.

Son xəbərlər

Orphus sistemi