Şəkidə 1 tona yaxın çətənə kolu məhv edilib

Şəkidə 1 tona yaxın çətənə kolu məhv edilib “Xaş-xaş 2020” əməliyyat-axtarış və profilaktiki tədbirlər planına uyğun olaraq, Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yabanı halda bitmiş narkotik tərkibli bitkilərin aşkar olunaraq məhv edilməsi istiqamətində növbəti əməliyyat tədbiri keçirilib.
Hadisə
120
27 May , 2020 11:04
Şəkidə 1 tona yaxın çətənə kolu məhv edilib
0 : 00
0 : 00

“Xaş-xaş 2020” əməliyyat-axtarış və profilaktiki tədbirlər planına uyğun olaraq, Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yabanı halda bitmiş narkotik tərkibli bitkilərin aşkar olunaraq məhv edilməsi istiqamətində növbəti əməliyyat tədbiri keçirilib.

Bu barədə "Report"un Şimal-qərb bürosuna Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, rayonun Baş Göynük kəndi ərazisində ümumi çəkisi 936 kq yabanı halda bitən 6 234 ədəd narkotik tərkibli çətənə bitkiləri aşkar edilib.

Həmin çətənə bitkiləri polis əməkdaşları tərəfindən kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

Son xəbərlər

Orphus sistemi