Şəki və Qaxda 10 tona yaxın narkotik bitki məhv edilib

Şəki və Qaxda 10 tona yaxın narkotik bitki məhv edilib Şəki.26 iyu.REPORT.AZ/ Şəki və Qaxda 10 tona yaxın narkotik məhv edilib.
Hadisə
26 İyul , 2018 10:15
Şəki və Qaxda 10 tona yaxın narkotik bitki məhv edilib
Report
0 : 00
0 : 00

Şəki.26 iyu.REPORT.AZ/ Şəki və Qaxda 10 tona yaxın narkotik məhv edilib.

Bu barədə "Report"un Şimal-qərb bürosuna DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib. 

Məlumata görə, daxili işlər orqanlarının əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyəsi, kultivasiyası, eləcə də yabanı halda bitən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində uğurlu əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Şəki Şəhər Rayon Polis Şöbəsi və Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının keçirdikləri birgə tədbirlər nəticəsində rayon sakininə məxsus torpaq sahəsində yabanı halda bitmiş ümumi çəkisi 9073 kiloqram olan 37032 ədəd narkotik tərkibli çətənə bitkiləri aşkar edilərək məhv edilib.

Qax Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə rayonun Qıpçaq-Kötüklü kəndi ərazisindəki torpaq sahəsində ümumi çəkisi 832 kiloqrama yaxın 2188 ədəd yabanı halda bitmiş çətənə kolları aşkar edilərək yandırılma yolu ilə məhv edilib.

Son xəbərlər

Orphus sistemi