Şəki sakini üzərinə taxta şalban aşması nəticəsində ölüb

Şəki sakini üzərinə taxta şalban aşması nəticəsində ölüb Hadisə Qabil Səlimov elektrik şalbanının yerini dəyişmək istədiyi zaman baş verib
Hadisə
16 May , 2017 08:32
Şəki sakini üzərinə taxta şalban aşması nəticəsində ölüb

Bakı. 16 may. REPORT.AZ/ Şəkinin Böyük Dəhnə kəndində bədbəxt hadisə nəticəsində yerli sakin həyatını itirib.

"Report" xəbər verir ki, hadisə 1967-ci il təvəllüdlü Səlimov Qabil Cumali oğlu yaşadığı evin həyətindəki elektrik şalbanının yerini dəyişmək istədiyi zaman baş verib.

Q.Səlimov bunun üçün taxta şalbanı kəsmək qərarına gəlib, lakin nəticədə şalban onun üzərinə aşıb. Yaralı ağır kələ-beyin travması və bədən xəsarətləri ilə Bakıdakı xəstəxanalardan birinə gətirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Şəki şəhər Prokurorluğunda araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi