Şəki sakini qonşusunu bıçaqladı

Şəki sakini qonşusunu bıçaqladı Polis qonşusunu bıçaqlayan şəxsi axtarır
Hadisə
2 İyul , 2015 23:35
Şəki sakini qonşusunu bıçaqladı

Bakı. 2 iyul. REPORT.AZ/ Hadisə Şəki şəhərində baş verib."Report" xəbər verir ki, Bağbanlar küçəsi ev 4 ünvanında yaşayan 35 yaşlı Qarayev Qalib Söhrab oğlu sağ döş qəfəsinin daxilə nüfuz edən kəsilmiş bıçaq yarası ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

İlkin araşdırma zamanı məlum olub ki, Qalib Qarayev qonşusu tərəfindən bıçaqlanıb.
Hazırda Şəki Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları hadisənin hansı şəraitdə baş verməsini və Qalib Qarayevi bıçaqlayan şəxsin istintaqa cəlb edilməsi istiqamətində əməliyyat tədbiri aparır.
Şəki RMX-dan verilən məlumata görə, Qalib Qarayev xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib, ona lazımi tibbi yardım göstərilib vəziyyəti orta-ağır qiymətləndirilir. 

Son xəbərlər

Orphus sistemi