Şəki sakini motosikletdən yıxılaraq xəsarət alıb

Şəki sakini motosikletdən yıxılaraq xəsarət alıb Şəki. 15 sentyabr. REPORT.AZ/ Şəki rayonunda bir nəfər bədbəxt hadisə nəticəsində xəsarət alıb.
Hadisə
15 Sentyabr , 2018 22:40
Şəki sakini motosikletdən yıxılaraq xəsarət alıb

Şəki. 15 sentyabr. REPORT.AZ/ Şəki rayonunda bir nəfər bədbəxt hadisə nəticəsində xəsarət alıb.

“Report”un Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında rayonun Kiçik Dəhnə kəndinin inzibati ərazisində baş verib.

1983-cü il təvəllüdlü kənd sakini Tərlan Cavanşir oğlu Sadıqov idarə etdiyi motosikletdən yıxılaraq xəsarət alıb. Hadisədən sonra o, Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıb.

MRX-dan “Report”a bildirilib ki, T.Sadıqova sağ incik sümüyünün sınığı dioqnozu qoyulub, müalicəsi Cərrahiyə şöbəsində aparılır.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi