Şəki sakini dayısını bıçaqlayıb

Şəki sakini dayısını bıçaqlayıb Şəki. 5 oktyabr. REPORT.AZ/ Şəki rayonunda 62 yaşlı kişi bıçaqlanıb.
Hadisə
5 Oktyabr , 2018 18:51
Şəki sakini dayısını bıçaqlayıb

Şəki. 5 oktyabr. REPORT.AZ/ Şəki rayonunda 62 yaşlı kişi bıçaqlanıb.

“Report”un Şəki-Zaqatala bürosunun məlumatına görə, bu gün axşam saatlarında Şəki şəhəri, H.Aslanov küçəsi, ev 3 ünvanında yaşayan, 1956-cı il təvəllüdlü Əkrəm Ağaməmməd oğlu İsmayılov döş qəfəsinin kəsilmiş-deşilmiş bıçaq yarası xəsarəti ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) daxil olub.

Onun üzərində cərrahiyyə əməliyyatı aparılıb.

Ə.İsmayılovun mübahisə zəminində bacısı oğlu tərəfindən bıçaqlandığı bildirilir.

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi