Yuxarı
    Bağlamaq

    Şəki Penitensiar müəssisəsinə narkotik maddə keçirilməsinin qarşısı alınıb

    Siqaret qutularının içərisində gizlədilən 23.960 qram narkotik maddə - marixuana aşkar edilərək götürülüb

    Bakı. 25 iyul. REPORT.AZ/ Penitensiar Xidmətin Baş idarəsinin və Şəki Penitensiar müəssisəsinin əməliyyat aparatlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müəssisəyə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb. 

    Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Yusifbəyli Sahib Asif oğlu ilə qısamüddətli görüşə gəlmiş Yevlax rayon sakinləri, atası Cumayev Asif Yusif oğlu, anası Cumayeva Ceyran Abduləli qızı və bacısı Qurbanova Nailə Asif qızı tərəfindən gətirilmiş sovqata və əşyalarına baxış keçirilən zaman, sovqatda olan siqaret qutularının içərisində gizlədilən 23.960 qram narkotik maddə - marixuana aşkar edilərək götürülüb.

    Fakt üzrə toplanılmış materiallar hüquqi qiymət verilməsi məqsədi ilə Şəki Şəhər-Rayon Polis Şöbəsinə göndərilib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi