Şəki meşələrində baş verən yanğın söndürülüb - YENİLƏNİB

Şəki meşələrində baş verən yanğın söndürülüb - YENİLƏNİB Hazırda yanğının səbəbləri araşıdırılır
Hadisə
31 Dekabr , 2017 11:03
Şəki meşələrində baş verən yanğın söndürülüb - YENİLƏNİB

Şəki. 31 dekabr. REPORT.AZ/ Dekabrın 29-da Şəki rayonunun yaylaq ərazisində baş verən yanğın küləkli hava şəraiti ilə əlaqədar Şəki Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Kiş meşəbəyliyinin 3 saylı dolayına keçib. Yanğın dünən Fövqəladə Hallar Nazirliyinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının ciddi səyləri nəticəsində söndürülüb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova “Report”a bildirib ki, naməlum səbəbdən baş verən yanğın 1,2 hektar ərazini əhatə edib, nəticədə quru ot örtüyü və xəzəl yanıb. Ağaclara ziyan dəyməyib. Hazırda yanğının baş vermə səbəbləri araşıdırılır. 


***9:03

Şəki. 31 dekabr. REPORT.AZ/ Şəki rayonunda meşə ərazisində yanğın başlayıb.

"Report"un Şimal-qərb bürosunun verdiyi məlumata görə, səhər saatlarından başlayaraq meşə ərazisində yanğın müşahidə olunur. 

Yanğının hası səbəbdən baş verməsi məlum deyil. Hadisə yerinə FHN-nin Şəki və ətraf rayonlarının Yanğından Mühafizə Xidmətinin texnika və canlı qüvvələri cəlb olunub. 

Hazırda yanğın davam edir.

Son xəbərlər

Orphus sistemi