Nazirlik: Xaçmaz-Xudat yolundakı yol qəzasında xəsarət alanların vəziyyəti orta-ağırdır - YENİLƏNİB-2

Nazirlik: Xaçmaz-Xudat yolundakı yol qəzasında xəsarət alanların vəziyyəti orta-ağırdır - YENİLƏNİB-2 Səhiyyə Nazirliyi Xaçmaz-Xudat yolunda baş verən yol nəqliyyat hadisəsi zamanı xəsarət alanlar barədə məlumat yayıb.
Hadisə
11 Sentyabr , 2019 15:54
Nazirlik: Xaçmaz-Xudat yolundakı yol qəzasında xəsarət alanların vəziyyəti orta-ağırdır - YENİLƏNİB-2

Səhiyyə Nazirliyi Xaçmaz-Xudat yolunda baş verən yol nəqliyyat hadisəsi zamanı xəsarət alanlar barədə məlumat yayıb.

Nazirlikdən “Report”a bildirilib ki, Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən 5 nəfərin vəziyyəti orta-ağır kimi qiymətləndirilir: “Hazırda yaralıların müalicəsi Travmatologiya şöbəsində davam edir”.


***13:48

Xaçmaz-Xudat yolunda baş verən yol qəzasında xəsarət alan şəxslərin kimliyi məlum olub.  

"Report"un yerli bürosunun məlumatına görə, bunlar 1963-cü il təvəllüdlü Tofik Məmmədrza oğlu Axundov, 1988-ci il təvəllüdlü Raziyyə Beybut qızı Axundova, 2014-cü il təvəllüdlü Nuray Mahir qızı Axundova, 2017-ci il təvəllüdlü Nilay Mahir qızı Axundova və 1999-cu il təvəllüdlü Allahverdi Behbudovdur. 


*** 13:11

Xaçmaz-Xudat yolunda yol qəzası baş verib.

"Report"un Şimal bürosunun məlumatına görə, hadisə nəticəsində 2-si uşaq olmaqla 5 nəfər xəsarət alıb.

Yaralılar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi