Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şöbə rəisi saxlanılıb

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şöbə rəisi saxlanılıb Ona qarşı vəzifə saxtakarlığı ilə ittiham irəli sürülüb
Hadisə
4 Noyabr , 2017 13:26
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şöbə rəisi saxlanılıb

Bakı. 4 noyabr. REPORT.AZ/ Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Astara rayon şöbəsinin rəisi Kənan İsgəndərov saxlanılıb.

"Report"un əldə etdiyi məlumata görə, hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılan şöbə rəisinə qarşı bir neçə maddə üzrə ittiham irəli sürülüb.

Bu gün K.İsgəndərov barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimatın məhkəməyə təqdim edilməsi gözlənilir.

Faktla bağlı ictimaiyyətə əlavə məlumatlar veriləcək.

Son xəbərlər

Orphus sistemi