Səfər Əbiyevin müavininin məhkəməsi təxirə salınıb

Səfər Əbiyevin müavininin məhkəməsi təxirə salınıb Məhkəmə iclası dekabrın 11-də keçiriləcək
Hadisə
4 Dekabr , 2015 11:56
Səfər Əbiyevin müavininin məhkəməsi təxirə salınıb

Bakı. 4 dekabr. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq müdafiə naziri Səfər Əbiyevin müavini olan Mehman Səlimovun cinayət işi üzrə bu gün keçirilməli olan məhkəmə prosesi təxirə salınıb.

"Report"un məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçiriləcək prosesə Mehman Səlimov gətirilmədiyindən, məhkəmə iclasının dekabrın 11-də keçirilməsi qərara alınıb.

Qeyd edək ki, M.Səlimov Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə təqsirləndirilir. O, 1995-99-cu illərdə Azərbaycan müdafiə nazirinin siyasi və ictimai işlər üzrə müavini olub.

Son xəbərlər

Orphus sistemi