Səfər Əbiyevin keçmiş müavininin məhkəməsi keçirilib
Hadisə
- 28 sentyabr, 2015
- 07:50
Bakı. 28 sentyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan müdafiə nazirinin keçmiş müavini, polkovnik Mehman Səlimovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
“Report”un məlumatına görə, hakim Zeynal Ağayevin sədrlik etdiyi prosesdə şahidlər - Müdafiə Nazirliyinin keçmiş işçisi, polkovnik-leytenant Zakir Niftəliyev, həmçinin Elnur Qurbanov və Anar Həsənov ifadə verib.
Məhkəmənin növbəti iclası oktyabrın 2-nə təyin edilib.
Qeyd edək ki, M.Səlimov Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham olunur.
M.Səlimov 1995-1999-cu illərdə Azərbaycan müdafiə nazirinin siyasi və ictimai işlər üzrə müavini olub.
Son xəbərlər
08:55
Rusiyanin Kamenskoyeyə hücumu nəticəsində dörd nəfər ölüb, xəsarət alanlar var
Digər ölkələr08:42
Bakıda BMT-nin Dördüncü İqlim Həftəsi keçiriləcək
Xarici siyasət08:39
Foto
Azərbaycan nümayəndə heyəti "İstanbul İqlim Maliyyəsi Sammiti"ndə iştirak edib
Xarici siyasət08:19
"Reuters": Pentaqon rəhbərliyində dəyişikliklər edilə bilər
Digər ölkələr07:54
Rodriqes: Venesuela artıq beynəlxalq enerji təhlükəsizliyini təmin edir
Digər ölkələr07:22
İran təhlükə olduğu zaman qabaqlayıcı əməliyyatlara keçid elan edib
Region06:49
Tramp: ABŞ DÇ-2026-ya ev sahibliyi ilə 18 mlrd. dollardan çox qazanc əldə edib
Futbol06:16
Mourinyo "Real"ın mövsümdəki ilk məğlubiyyətini şərh edib
Futbol05:59