"Şəfa broyler" MMC-nin sabiq satış menecerinə hökm oxunub

"Şəfa broyler" MMC-nin sabiq satış menecerinə hökm oxunub O, məhkəmə zalından azadlığa buraxılıb
Hadisə
1 Mart , 2017 11:01
Şəfa broyler MMC-nin sabiq satış menecerinə hökm oxunub

Bakı. 1 mart. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən Elməddin İbişovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report"un məlumatına görə, Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə E.İbişovun barəsində 6 il müddətə cəza təyin edilib. Onun barəsində Cinayət Məcəlləsinin 70 maddəsi tədbiq olunub, E.İbişova şərti vəza verilib. O, məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, E.İbişov "Şəfa broyler" MMC-də satış meneceri vəzifəsində çalışıb. O, şirkətinin 11 min manatını mənimsəməkdə təqsirli bilinib. E.İbişov Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda ziyan vurmaqla mənimsəmə) maddəsi ilə ittiham olunub.

Son xəbərlər

Orphus sistemi