"Sədərək" Ticarət Mərkəzində yanğın baş verib

"Sədərək" Ticarət Mərkəzində yanğın baş verib FHN-in 112 qaynar telefon xəttinə Sədərək Ticarət Mərkəzinin ərazisində yanğın baş verməsi barədə məlunat daxil olub. Dərhal hadisə yerinə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri cəlb olunub. Yanğınsöndürənlərin peşəkarlığı və op
Hadisə
16 İyul , 2022 19:59
Sədərək Ticarət Mərkəzində yanğın baş verib

FHN-in 112 "Qaynar" telefon xəttinə "Sədərək" Ticarət Mərkəzinin ərazisində yanğın baş verməsi barədə məlunat daxil olub.

Nazirlikdən "Report"a verilən məlumata görə, dərhal hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri cəlb olunub. Yanğınsöndürənlərin peşəkarlığı və operativliyi nəticəsində qısa vaxtda yanğın söndürülüb və mağazalara keçməsinin qarşısı alınıb.

İlkin məlumata əsasən yanğın nəticəsində ümumi sahəsi 37 kv.m olan bijuteriya mağazasının lambirdən ibarət tavanı 8 kv.m sahədə və mağazanın qarşısından keçən elektrik kabeli 10 p.m və ticarət mərkəzinin 9-cu və 10-cu sıralar arası dam örtüyünə çəkilmiş üzlük 200 kv.m sahədə yanıb.

Mağazalar yanğından mühafizə olunub.

Son xəbərlər

Orphus sistemi