“Sədərək” ticarət mərkəzinə məxsus anbardakı yanğın söndürülüb - YENİLƏNİB

“Sədərək” ticarət mərkəzinə məxsus anbardakı yanğın söndürülüb - YENİLƏNİB Bakı şəhərinin Qaradağ rayonunda “Sədərək” ticarət mərkəzinin ərazisində anbarlardan birində baş vermiş yanğın söndürülüb.
Hadisə
5 Avqust , 2019 03:24
“Sədərək” ticarət mərkəzinə məxsus anbardakı yanğın söndürülüb - YENİLƏNİB

Bakı şəhərinin Qaradağ rayonunda “Sədərəkticarət mərkəzinin ərazisində anbarlardan birində baş vermiş yanğın söndürülüb.

"Report" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin yaydığı ilkin məlumatda bildirilir.

Məlumata əsasən, yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Əlavə məlumat gözlənilir.


*** 17:29 04.08

Bakı şəhərinin Qaradağ rayonunda “Sədərəkticarət mərkəzinə məxsus anbarlardan birində yanğın baş verib.

“Report” xəbər verir ki, bu barədə məlumat Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olub.

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış ünvanına cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Son xəbərlər

Orphus sistemi